image-rt-reklam
image-inshot_20250809_190851387backend

İsmayıl Tanrıverdi: “Vaşinqton görüşü Ermənistan cəmiyyətində əsasən müsbət qarşılandı”

image-728x90

İsmayıl Tanrıverdi bildirib ki, bir ermənişünas olaraq Vaşinqtonda baş verən hadisələri əvvəldən axıra qədər diqqətlə izləyib:

“Müşahidələrimə əsasən deyə bilərəm ki, Ermənistan ictimaiyyətinin böyük bir hissəsi bu görüşü müsbət qarşılayıb və razılığını ifadə edib. Lakin Köçəryan, Serjik” ləqəbli Sərkisyan və onların siyasi tərəfdarları bu prosesi mənfi dəyərləndiriblər. Bu barədə erməni mətbuatında geniş materiallar dərc olunub.”

Onun sözlərinə görə, Ermənistanda küçə sorğuları zamanı vətəndaşların əksəriyyəti barışığın çoxdan baş verməli olduğunu deyib. “İnsanlar hesab edirlər ki, düşmənçilik əbədi davam edə bilməz, geci-tezi barışmaq zəruridir. Amma bunun Ermənistanın məhvini sürətləndirəcəyini düşünənlər də az deyil,” – deyə alim vurğulayıb.

Müxalif mövqedə olan daşnaklar və Respublika partiyasının nümayəndələri, eləcə də Köçəryan, qısa bəyanatlarla narazılıqlarını ifadə ediblər. Erməni mətbuatında yer alan bəzi başlıqlar bunlardır:

“Nəhayət, Ermənistan bölgəni tərk etdi” – Zəngəzurun itirilməsi kimi təqdim olunur.

“Vaşinqtonda imzalanan sənədlər növbəti kapitulyasiya sənədidir və Ermənistana yeni fəlakətlər gətirəcək” (Praparak qəzeti).

“Paşinyan növbəti ciddi güzəştlərə getdi”.

“Bu, erməni xalqı üçün yeni və əhəmiyyətli bir inqilabdır” – bəzi mənbələr isə bunu səhnələşdirilmiş tamaşa adlandırır.

Başqa bir məqalədə “Tramp şou göstərdi, Əliyev yolunu aldı, Paşinyan yenidən seçildi” başlığı ilə yazılıb. Burada qeyd olunur ki, Tramp prosesi şouya çevirdi, Əliyev Zəngəzur yolunun açılmasına nail oldu, Paşinyan isə bu addımı ilə yenidən seçilmək şansını gücləndirdi.

“Əliyev yenə də inadkarlıq edərək öz istəyinə çatdı” başlıqlı digər yazıda isə dövlət başçısının “Ermənistan buna məcburdur” ifadəsi tənqid edilir. Lakin müəlliflər etiraf edirlər ki, Əliyev bu mövqeni əvvəldən elan etmiş və nəticədə dediyini reallaşdırmışdır.

İsmayıl Tanrıverdi həmçinin qeyd edib ki,  Qarabağ məsələsində Minsk qrupunun buraxılması mövzusu da gündəmə gəlib. Fransanın bəyanatına görə, artıq bu formatın mövcudluğu zəruri deyil.

Bəzi erməni mənbələri iddia edir ki, Tramp Paşinyana vəd verib: İran, Çin və Rusiya bölgədə təsir dairələrini itirəcəklər. Həmçinin avqustun 15-də Trampın Putinlə görüşəcəyi planlaşdırılır, lakin görüş yerinin hələlik açıqlanmadığı bildirilir.

Sonda alim vurğulayıb:

 “Ümumilikdə, sadə əhali arasında bu görüş əsasən müsbət qarşılandı. Müxalifət isə bunu Ermənistan üçün faciə kimi dəyərləndirdi. Amma ictimaiyyətin böyük hissəsinin razılıq bildirməsi məni, bir ermənişünas kimi, sevindirdi.”

Yenifikir.media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90