image-rt-reklam
image-nusaybin-453x500backend

İslam dünyasının şəfa mərkəzi, duyğular şəhəri Nusaybin -FOTOLAR

image-728x90

Minillik tarixə yoldaşlıq edən şəhərlər var. Bu şəhərləri ruhun dincəldiyi, tanrının gözəlliyi bəxş etdiyi məkan da adlandırmaq olar. Belə məkanlar qardaş Türkiyədə daha çoxdur. İnsan ruhunun rahatlıq tapdığı belə şəhərlərdən biri də Nusaybindir. Cənub-Şərqi Anadolunun ən əhəmiyyətli yaşayış məntəqələrindən biri olan Nusaybin , tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş zəngin mədəni və tarixi irsi ilə göz qamaşdıran bir şəhərdir. Mesopotamiyanın qədim izlərini özündə daşıyan Nusaybin həm təbiətsevərlər, həm də tarix həvəskarları üçün kəşf edilməyi gözləyən bir xəzinədir.

Nusaybin Mardin vilayətinin bir rayonudur və Suriya ilə sərhəddə yerləşir. Mesopotamiya düzənliyinin münbit torpaqlarında yerləşən bu qədim şəhər Mardin şəhər mərkəzindən təxminən 60 kilometr məsafədədir. Suriyanın Qamışlı şəhəri ilə qonşu olan Nusaybin tarix boyu həm strateji məskunlaşma mərkəzi, həm də mədəni keçid nöqtəsi olub.

Bu gün bu şəhər öz gözəlliyi ilə turistlərin ən çox axın etdiyi məkanlardan biridir. Rəsmi rəqəmlərə görə 109 min sakini olan bu şəhər tarixin özüdür.

Nusaybin qədim yaşayış məntəqəsidir və məlum olan ən qədim adı Nisibisdir. Eramızdan əvvəl 3000-ci ildə hurrilərin vətəni olan bu bölgə eramızdan əvvəl 14-cü əsrdə Mitanni krallığının hakimiyyəti altına keçib. Əslində Nusaybinin şimalında Gırnavaz təpəsinin cənub yamaclarında yerləşən xarabalıqlar bu yaşayış məntəqəsinin Mittani krallığının mərkəzi olduğunu göstərir. Bölgə daha sonra Arameylər tərəfindən məskunlaşdırıldı və eramızdan əvvəl 13-cü əsrdə assuriyalılar ərazidə hökmranlıq etdilər. Midiya, babil və farsların hökmranlığından sonra Makedoniyalılar eramızdan əvvəl 331-ci ildə Anadolunun böyük bir hissəsi ilə birlikdə bu bölgəni öz ərazilərinə birləşdirdilər. İsgəndərin ölümündən sonra bölgə bir müddət Selevkilərin hakimiyyəti altına keçmiş, daha sonra Tiqran buraya hakim olmuşdur.

Nusaybin Roma dövründə bir neçə dəfə Sasanilərin əlinə keçmiş, sonralar Bizansla Sasanilər burada dəfələrlə toqquşmuşlar. Eramızın V əsrində Nusaybin nestorilərin mühüm dini mərkəzinə çevrildi. Ərəblər zaman-zaman bura basqın edərək bölgədə hökmranlıq edirdilər. Bu dövrdə Bizanslılar və ərəblər davamlı olaraq döyüşürdülər. Həmdani və Mərvani idarələrindən sonra bölgə Səlcuqlu, Artuqi və Əyyubilərin hakimiyyəti altına keçdi. XIII əsrdən sonra bölgədə monqollar, qaraqoyunlular, ağqoyunlular və səfəvilər hökmranlıq etdilər. Yavuz Sultan Səlimin Misir yürüşü zamanı 1517-ci ildə Osmanlı torpaqlarına birləşdirildi.

Osmanlı dövründə bu şəhər ticarət və sənət mərkəzinə çevrildi. Minillər boyu inşa edilən bu tarix qorunma altına alındı. Maraqlıdır ki, yerli sakinlər  bu şəhəri duygular şəhəri adlandırırlar. Hər il onminlərlə turistə ev sahibliyi edən bu qədim şəhər çoxsaylı tarixi, dini abidələrin əhatəsində yerləşir. Bu şəhərdə turistləri darıxmağa qoymayan minillik sivilisasiyanın izləri var.

Nusaybin tarixdə Nəsibinə adı ilə tanınan qədim şəhərdir . Şumerlər, Babillilər, Asurlular, Romalılar kimi böyük sivilizasiyaların izlərini daşıyan bu şəhər Mesopotamiyanın dərin tarixi ilə iç-içədir. Maraqlı cəhətlərdən biri də Zeynel Abidin məscidi və Mor Yakup kilsəsi kimi müxtəlif dinlərin və mədəniyyətlərin bir yerdə yaşadığı yerlərin olmasıdır . Bundan əlavə, İpək Yolu üzərində yerləşməsi Nusaybini tarix boyu əhəmiyyətli bir ticarət mərkəzinə çevirmişdir.

Nusaybinin təbii gözəlliklərini görməməzlikdən gəlmək olmaz. Cudi dağının ətəyində yerləşən şəhər həm mədəni, həm də təbii zənginliklər təqdim edir.

image-mor-kilsesi

Bu şəhərdə olub Mor Yakup kilsəsini və Zeynel Abidin məscidini ziyarət etməmək günaha bərabərdir. Bu tikililər həm tarix, həm də memarlıq baxımından böyük əhəmiyyətə malikdir.

Nusaybin Xəstəxanasının tarixi olduqca qədimdir.Bu xəstəxananı  İslam dünyasının mühüm y şəfa mərkəzi adlandırıblar.

image-zeynel-abidin-camii

Burada olan  Zeynel Abidin məscidi İslam dünyasında mühüm yeri olan türbələri ilə tanınır. Məscidin yanında İslam alimi Zeynel Abidin yatdığı Zeynel Abidin türbəsi var . Maraqlıdır ki, burada istər islam, istərsə xristian dünyasının mühüm tarixi abidələri var.

image-mor-yaqub-kilsesi

 Mor Yaqub KilsəsiEramızın 4-cü əsrində tikilmiş bu kilsə Assuriyalı xristianlar üçün mühüm ibadət mərkəzi hesab olunur. Tarix boyu təhsil mərkəzi kimi də istifadə edilmişdir.

Nusaybin zəngin tarixi, multikultural quruluşu və Mesopotamiyanın bənzərsiz mənzərələri ilə sizi valeh edəcək bir yerdir. Yolunuzu bu qədim şəhərə salaraq tarixlə baş-başa qalın.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90