Əvvəlcə onlar Toksovoda 50 yaşlı bir hüquqşünasa hücum ediblər. Onu meşədə ağaca bağlayıblar və 26 milyon rubl (təxminən 552 min manat) tələb ediblər. Bu işgəncələri videobağlantı vasitəsilə həmin şəxsin Portuqaliyada yaşayan qardaşına göstəriblər. Qeyd olunur ki, quldurlar ondan da 200 milyon rubl (təxminən 4 milyon 250 min manat) tələb ediblərmiş. Ancaq cinayətkarlar məqsədlərinə çata bilməyiblər.
Daha sonra dəstə “Yunona” bazarının dayanacağında 66 yaşlı bir sahibkarı oğurlayıb. Gəmiqayırma üçün metal bərkidici istehsal edən şirkətlərin sahibini avtomobilə soxublar, döyüblər və ondan mənzilinin açarlarını, eləcə də 100 min nağd pulu alıblar.
Turuxtan adalarındakı sənaye zonasında ondan yarım milyon rubl qoparmağa çalışıblar, daha sonra isə evinə gedərək içində 50 milyondan çox rubl dəyərində qiymətli əşyalar olan seyfi oğurlamaq istəyiblər. Nəticədə səhv seyfi aparıblar — içində cəmi 120 min rubl dəyərində brilyant bross, travmatik tapança və güllələr olub. Məhkəmə onlara zərərçəkmişə 1,2 milyon rubl ödəniş etməyi əmr edib.
Bodrov səkkiz maddə üzrə təqsirli bilinib və 16 il müddətinə ciddi rejimli həbsxanaya göndərilib. Vinoqradovun rəhbərlik etdiyi dörd köməkçisi isə Ukraynada döyüşlərə qatılmaq üçün kontrakt imzalayıb./Lent.az
