image-rt-reklam
image-1backend

İş adamı İlham Qasımovun dələduzluq əməlləri – Tanınmış vəkildən şok iddialar

image-728x90
Tanınmış vəkil hesab edir ki, əvvələr də dələduzluğa görə məşhur iş adamı, milyarder Gülağa Tənhanın şikayəti üzərinə həbs edilən İlham Qasımov hüquq-mühafizə orqanlarında çalışan bəzi rütbəlilər tərəfindən müdafiə olunur…
“Dələduzların qurbanları və gələcəkdə qurban olmaq istəməyənlərdən yazını paylaşmalarını xahiş edirəm!!!”.
Ulusal.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov özünün “Facebook” səhifəsində yazıb.
Açıklama yok.
Tanınmış vəkilin bir neçə il öncə dələduzluqda ittiham olunaraq həbs olunan və insanların milyonlarla manat pulunu mənimsəyən iş adamı İlham Qasımov haqqında yaydığı məlumatı olduğu kimi təqdim edirik:
“Bir neçə dəfə paylaşdığım fikri bir daha təkrarlayıram. Ölkədə tüğyan edən dələduzluğun arxasında hüquq-mühafizə və məhkəmə orqanları durur. Ona görə ki, istənilən peşəkar dələduz bilir ki, dələduzluq yolu ilə qazandığı pulları bu orqanlarla bölüşməklə məsuliyyətdən yayına bilər. Keçən dəfəki yazımda bildirmişdim ki, dediyim sözləri konkret faktlarla sübuta yetirəcəm.
İlham Qasımov adlı bir şəxs (Beyləqanlı İlham, yaxud Xələc İlham kimi də tanınır) əvvəllər dələduzluğa görə həbs edilib və az müddət sonra azadlığa çıxıb, bu sahədəki fəaliyyətini daha da genişləndirib. İ.Qasımovun ayrı-ayrı insanların adlarına açdıqları MMC-lər bir mənzili bir neçə şəxsə satmaqla onlarla şəxsə milyonlarla manat ziyan vurub. Həmin MMC direktorlarının bəziləri rəhmətə gedib, bəziləri isə hal-hazırda cəzaçəkmə müəssisələrində cəza çəkirlər.
Ən azından mənə bu işlə bağlı bir neçə nəfər müraciət edib. Həmin işlərlə bağlı icra məmurları ilə danışdıqda bildiriblər ki, MMC-lər cürbəcür şəxslərin adlarına olsa da onların hamısının sahibi və idarəedicisi İ.Qasımov olduğunu hamı bilir, ancaq orqanlar MMC-nin İ.Qasımova aid olmadığını bəhanə edib onu cinayət məsuliyyətinə cəlb etmirlər. Bu isə həmin orqanların bilərəkdən İ.Qasımovu məsuliyyətdən kənarda saxlamalarına dəlalət edir, çünki MMC-lərin sahibinin İ.Qasımov olduğu halda başqa-başqa şəxslərin adına rəsmiləşdirilməsi məhz İ.Qasımov tərəfindən törədilmiş DƏLƏDUZLUQ əməlidir.
Sonuncu məşğul olduğum iş isə Prokurorluq orqanlarının birbaşa vəzifələrindən sui-istifadə etməsini göstərir. Belə ki, İ.Qasımov yenə də ona məxsus olmasına baxmayaraq öz qohumu Adilağa Hüseynovun adına olan MMC vasitəsi ilə Gülnarə Fərəməzova adlı şəxsə 118 min manata mənzil satır. G.Fərəməzova aldığı mənzilin təmirinə 50 min manatdan artıq pul xərcləyir. Az sonra bəlli olur ki, bu mənzil daha əvvəl Şükürova Amaliya adlı şəxsə satılıb.  Məhkəmə çəkişmələri zamanı A,Şükürova prosesləri udub G.Fərəməzovanın evdən çıxarılmasına nail olur. Bu işdə G.Fərəməzova ən azından 200 min manat ziyana düşür.
Cinayət işinin istintaqı uzun müddətdir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.  Onlarla dəfə Baş İdarə rəisi Nazim Rəcəbovla, İstintaq İdarəsinin rəisi Mehman Hümmətovla, işi aparan müstəntiq Mirkamal Əliyevlə danışmışam və hər dəfə də mənə yaxın günlərdə tədbir görüləcəyini deyiblər. Bu günə qədər də heç bir tədbir görülməyib. “Beyləqanlı İlham” isə bu gün Beyləqanın mərkəzi bazarının yanında, “Gülçülük” deyilən 2 ha sahədə dəyəri milyonlarla manat olan Ticarət mərkəzinin tikintisini aparır.
Qeyd edim ki, hal-hazırda İ.Qasımovun əvəzinə onun 2 MMC direktoru cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Daha konkret onlardan biri Cahangirli Sahil Nazim oğlu 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Adını çəkmədiyim bir nəfər isə rəhmətə gedib.
P.S. Hal-hazırda adı çəkilən şəxs, yaxud başqa bu tip işbazların qurbanı olanlardan xahiş edirəm ki, qarşılaşdığı halları şərhlərdə işıqladırsınlar”.
Xatırladaq ki, milyarder Gülağa Tənhanın şikayəti üzərinə həbs edilən İlham Qasımov bir neçə il həbsxana həyatı yaşadıqdan sonra azadlığa çıxıb və yenidən insanları bədbəxt etməklə məşğuldur. İlham Qasımov dustaq həyatının böyük hissəsini isə həbsxana xəstəxanasında keçirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90