image-rt-reklam
image-1backend

“İrşad” müştəriyə detalı dəyişən məhsul satıb (ŞİKAYƏT)

image-728x90

“İrşad Elektroniks” müştəriyə əsas detalı sonradan dəyişdirilmiş, müdaxilə olunmuş paltaryuyan maşınını təzə adı ilə satıb.

Bu problemlə üzləşən Röyalə Nəsirli sosial şəbəkə hesabında yazıb ki, ona barabanı dəyişdirilmiş məhsul satılıb:
“18 sentyabr tarixində “İrşad Elektronik”sin Xırdalan filialınından Samsung paltaryuyan maşın alınıb. Barabanı dəyişən məhsulu aldadıb satıblar bizə. Bu üzə çıxanda dəyişdirməmək üçün əllərindən gələni etdilər. Çoxsaylı zənglər, şikayətlərdən sonra əsəb pozuntusu nəticəsində götürüb apardılar maşını, amma indi də ilkin ödəniş 300 AZN pulu qaytarmırlar. 30 sentyabr tarixindən bu günə kimi süründürürlər, qaytarmırlar ödənişi. Özlərinə dəfələrlə bildirsək də məsuliyyətsizlik edirlər. İşlənmiş maşını satmaq az deyil, ödənişi qaytarmamaq üçün belə vicdansızlıq etməklərini anlamaq olmur. Qaynar xətlərinə iradımı bildirsəm də hələdə baxılmayıb şikayətimə. Başa düşmürəm, “İrşad” vətəndaşın 300 manatına qalıb?”.

 

Sosial şəbəkədə ictimailəşən problemə “İrşad Elektroniks” cavab verib.  Şirkət baş vermiş xoşagəlməz hadisəyə görə müştəridən üzr istəyib və bildirib ki, müştəriyə satılan məhsul vitrin məhsulu olub:
“Qarşılaşdığınız vəziyyətlə bağlı üzr istəyirik. Narahatlığınızı anlayırıq, lakin model mağazada vitrin məhsulu olmuşdur. Detal dəyişikliyi barədə məlumat əks olunmamışdır. Əlbəttə ki, hər bir alıcı modelə baxış keçirib, alış qərarını verir.
Məhsul qaytarılmasından sonra isə 300 AZN ödənişinizin qaytarılması ilə bağlı əməliyyat aparılmışdır. 10 iş günü ərzində kartınıza oturulması sistem üzrə nəzərdə tutulur. Yekun olaraq, M10 üzərindən ödənişin kartınıza daxil olma prosesi davam edir”.//Tribunainfo.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90