image-2000x150
image-4444backend

İrəvanla Bakının müqayisəsi: Bu şəhəri kim məhv etdi?

image-728x90

Erməni mütəxəssislər İrəvan şəhərinin ərazisinin yaşıllığı ilə bağlı statistikanı açıqlayıblar.

Bildirilir ki, 90-cı illərdən indiyə qədər İrəvanda yaşıllıq sahəsi azalıb. Belə ki, İrəvanda 1990-cı illərdə 903 hektar yaşıllıq olub, indi isə bu, 867 hektara düşüb. Yaşıllığın 36 hektar azalmasını tikinti bumu, insanların və tikinti şirkətlərinin, meriyanın ətraf mühitə etinasız münasibəti ilə əlaqələndirməyə çalışır erməni mütəxəssislər və bunu kəskin qınayırlar.

Bu informasiya fonunda bir müddət öncə Bakı ilə bağlı açıqlanan statistikanı xatırlayanda adam dəhşətə gəlir. Bəs, Bakıda vəziyyət necədir?

Əvvəlcə mütləq bu müqayisəni verək: Bakının sahəsi 2114 kv.km-dır, İrəvanın sahəsi isə 223 kv.km. Yəni Bakı İrəvandan tam 10 dəfə böyükdür.

İrəvanda 1990-cı illərdə 903 hektar yaşıllıq olub, Bakıda 15 min hektar.

30 il ərzində İrəvanın yaşıllığı 36 hektar azalıb və 867-yə düşüb.

Bakının isə bu illər ərzində yaşıllığı tam 14 min 100 hektar – on dörd min yüz hektar (!!!) – azalıb, hazırda 920 hektar yaşıllıq qalıb.

Ermənilər yaşıllığın 36 hektar azalmasını faciə adlandırırsa, biz Bakının yaşıllığının 14,1 min hektar azalmasını nə adlandırmalıyıq?

Vaxtilə Bakı ərazisinə görə İrəvandan tam 1,5 dəfə daha yaşıl şəhər idi, indi isə yaşıllıqda İrəvandan 10 dəfə geri qalır, ON DƏFƏ!

Bu yaşıllıqları kim məhv edir, kimlər Bakını daş yığınına çevirir, kimlər bu şəhəri yaşanmaz, nəfəsalınmaz hala gətirir?

Yaşıllıqları, ağacları məhv edərək, bir-birinin “içində” tikilən göydələnlərlə, tıxaclarla özümüzü hara aparırıq?

Qarabağdakı möhtəşəm gözəllikləri, şəhərlərimizi ermənilər Yer üzündən silib – şükür, bərpa başlayıb.

Bəs, Bakını da bu hala ermənilər salıb?

Qarabağı azad etdik! Bəs, Bakını tikinti işğalından nə vaxt azad edib, yaşanar hala gətirəcəyik? Nə vaxt özümüz özümüzə “daha çox bina”, “daha dəhşətli tıxac”, “daha dözülməz yaşam”, “həyətsiz, parkinqsiz ev” faciələrini yaşatmaqdan əl çəkəcəyik.

Hələ də tikilir; hələ də davam edir; hələ də ağaclar kəsilir, binalar arasında kiçicik yerlər də zəbt edilir, göydələnlər ucaldılır.

Bu dəhşətli işğaldan, özümüzün özümüzə yaratdığımız cəhənnəmdən xilas olmağın vaxtı deyilmi, cənab Eldar Əzizov?axar.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90