“Fransanın Zəngəzurda konsulluq açması, əsasən “Zəngəzur” dəhlizinə gələcək perspektivdə nəzarət etmək planın tərkib hissəsidir. Ermənistan bununla Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək təsirini neytrallaşdırmaq və bu regionda nəzarətinə imkan verməməkdir.” – bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, rəsmi İrəvan bu addımlarla sülh prosesinə yaxın olmadığını dolayısı ilə təsdiq edir.
“Ermənistan bir müddət bundan əvvəl, İranla sərhəddən Rusiya hərbçilərini çıxardı. Həmçinin Azərbaycanla şərti sərhəddə Zəngilan istiqamətində Rusiya postunu ləğv etdi. Artıq Rusiyanı deyil, Ermənistan Fransanı Zəngəzura gətirir. Bir müddətdən sonra, Ermənistan Fransanın məhdud hərbi kontingentini regionda yerləşdirə bilər. Rusiya müdafiə naziri Ermənistanın bu siyasətindən narazılığını dilə gətirib. Fransanı regionda təsirini artırmaqda iddiham edib. Göründüyü kimi, Zəngəzura nəzarət etmək uğrunda Rusiya -Fransa maraq toqquşması gedir. Paşinyan burada Rusiyanı deyil, Fransanı seçdi. Azərbaycan Ermənistana Zəngəzura xarici hərbi kontingentin getirilməsi barədə ciddi xəbərdarlıq etməlidir.” -deyə Politoloq bildirib.