image-rt-reklam
image-1backend

İrəvanda “itmiş xəritə”ni axtarırlar: Ermənistanın sərhədlə bağlı sensasiyalı səhvi

image-728x90

Ermənistanda sərhəd xəritələri ilə bağlı ciddi problem yaranıb.

Ulusal.az xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyi Tavuşun Kirants kəndinin bəzi sakinlərinə yanlış məlumatlar əsasında daşınmaz əmlakın kadastr şəhadətnaməsinin verildiyini açıqlayıb.

Bu açıqlamadan sonra Ermənistan mediası ölkə ərazisinin Alma-Ata bəyannaməsinə əsasən müəyyən edilmiş sərhədlərinin Kadastr Komitəsindəki xəritələrə uyğun olub-olmadığını aydınlaşdırmağa çalışıb.

“Sputnik Ermənistan” məsələ ilə bağlı Ermənistan baş nazirinin müavini, sərhədin demarkasiyası komissiyasına rəhbərlik edən Mher Qriqoryanın ofisinə soğru göndərib. Cavabda Kadastr Komitəsinə müraciət etməyi tövsiyə ediblər.

Kadastr Komitəsi isə bunun onların səlahiyyətində olmadığını açıqlayıb. Komitə qeyd edib ki, 2005-2008-ci illərdə hökumətin təşəbbüsü ilə kadastr kartoqrafiya işləri aparılıb.

“Bu iş müvafiq ixtisasa malik hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilib. İşin mənbəyini qrafiklər, hüquqi sənədlər, müxtəlif xəritələr, torpaq və şəhərsalma sənədləri, baş planlar, geodeziya koordinatları təşkil edib. Kadastr Komitəsinin elektron xəritəsi də Komitənin elektron xidmətlərinin kartoqrafik moduludur. Buraya kartoqrafik məlumatlardan yaradılmış və hazırda istifadə olunan xəritələr daxildir”, – komitə bildirib.

Xəritələrlə bağlı yaranmış bu çaşqınlığın mənbəyini Alma-Ata bəyannaməsi təşkil edir. Bu bəyannamədə sərhədin delimitasiya-demarkasiya edilməsi, eləcə də bunun hansı prinsiplə, yaxud hansı xəritə ilə edilməsi qeyd olunmur. Ermənista mediasının “ölkə ərazisinin Alma-Ata bəyannaməsinə əsasən müəyyən edilmiş sərhədləri” ifadəsi də, bu istiqamətdə apardığı araşdırmalar da yanlışdır, çünki bəyannamə sərhədləri müəyyən etməyib. Ermənistan Kadastr Komitəsindəki xəritələrin uyğunsuzluğu da buradan qaynaqlanır.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90