image-2000x150
image-bayrabackend

İrəvanda bayrağımızın yandırılması göstərişini Paşinyan verib – ŞOK DETALLAR

image-728x90

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması aktında sifarişçisinin kim olması sualı açıq olaraq qalır. Dünyanın gözü qarşısında baş verən bu vandalizm Ermənistanın gerçək üzünü ortaya çıxardığı üçün bayrağın yandırılması İrəvana qarşı “təxribat” kimi də görünə bilər, hərçənd, müəyyən məqamlar diqqəti birbaşa Paşinyan hakimiyyətinin üzərinə yönəldir.

Ulusal.az xəbər verir ki, erməni şərhçi Romella Mnasakanyan sifarişçinin birbaşa Paşinyanın özü olduğu versiyasını irəli sürüb.

“Mən getdikdə əmn oluram ki, biz düşünülmüş təxribatın şahidi olduq. Dizayner Aram Nikolyana müxtəlif adlar qoyula bilər, lakin o, qətiyyət axmaq deyil. O, Paşinyana və Anna Akopyana yaxın, ona deyilənləri yerinə yetirən personajdır. Məsələni anlamağa imkan verəcək sual “bu, kimə sərf edir?” formasında önə çıxır. Mənim qənaətimə görə, bundan ən çox Nikol Paşinyanın faydalandığı şübhəsizdir. Məqsəd ictimai müzakirəni tamamilə başqa istiqamətə yönəltmək, cəmiyyətin diqqətini problemlərdən yayındırmaqdır”, – erməni şərhçi qeyd edir.

Onun iddiasına görə, Dığ (Tex) kəndində baş verən son hadisədən sonra Azərbaycanın istədiyini aldığı və alacağı həqiqəti bir daha ortaya çıxdı.

“Moskva da artıq Bakı ilə razılaşıb, İrəvan isə burada göstərişləri icra edən tərəfdir. Artıq Avropa İttifaqının regiona üzrə xüsusi nümayəndəsi Toivo Klaar anklavlardan (Qazaxın işğal altındakı kəndləri) danışır, Ermənistan hakimiyyəti bunu müzakirə etmədiyini desə də, reallıq Bakının nə dediyindədir. Bütün bunların fonunda Paşinyan cəmiyyətin diqqətini və aqressiyasını “bayraq yandırılması” məsələsinə yönəldir. Bu addıma görə Azərbaycanın və Avropa Ağır Atletika Federasiyasının reaksiyası Ermənistanın ziyanına olsa belə, onları düşündürən ölkənin reputasiyası deyil” – Mnasakanyan iddia edib.

Bayrağımıza qarşı törədilən vandalizm aktının real səbəbləri ilə erməni şərhçinin iddia etdiyi səbəblər arasında fərqliliklər ola bilər, lakin detallar bu aktın Paşinyanın göstərişi ilə edildiyi ehtimalını gücləndirir.

1. Bayrağımızı yandıran dizayner Aram Nikolyan çempionatın təşkilatçıları arasında yer alıb: təsadüfi şəxs deyildi;
2. Azərbaycan bayrağı da daxil olmaqla açılış mərasimində iştirak edən bayraqdarların libasını hazırlayan şəxsdir: əgər məsələ sırf şəxsi yanaşma çərçivəsində olsaydı, dizayner əvvəldən bayrağımızın olduğu libası tikməkdən imtina edərdi;
3. Paşinyanın həyat yoldaşı Anna Akopyanla şəxsən görüşüb və ailəyə yaxınlığı ilə seçilir;
4. Vandalizm aktı Paşinyan da daxil olmaqla Ermənistanın rəhbərliyinin gözü önündə baş verdi;

Bu məqamlar göstərişin Ermənistan hakimiyyəti tərəfindən gəldiyi versiyasını gücləndirir. Ermənistan hakimiyyəti bununla Azərbaycandan məğlubiyyətin qisasını almaq kimi gülünc və qorxaq gedişlər edir. Eyni zamanda, burada məsələnin idman tərəfi də var: Azərbaycan atletlərinin İrəvanda qələbə qazanmasını istəməyən ermənilər bu vandalizm aktı ilə komandamızın oyundan çıxmasına zəmin yaratdılar;

Bütün versiyalar və izlər Paşinyanı göstərir…

Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90