image-rt-reklam
image-1backend

İrəvan və Bakı yolları qarşılıqlı olaraq açacaq: Rubinyandan SON DƏQİQƏ açıqlaması

image-728x90

️İrəvan və Bakı yolları qarşılıqlı olaraq “suverenlik və ərazi bütövlüyü prinsipi” əsasında açacaq.

Ulusal.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi və parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

O, Vaşinqtonda Əliyev-Tramp-Paşinyan görüşü ərəfəsində İrəvanın hansı razılaşmalara hazır olduğunu açıqlayıb:

“Ermənistan ərazisindən keçən bütün yollar və infrastruktur tam şəkildə ölkənin suverenliyi və yurisdiksiyası altında olacaq. Bütün fəaliyyətlər Ermənistan qanunvericiliyinə uyğun həyata keçiriləcək;
Əgər Azərbaycana yollar açılacaqsa, eyni zamanda Ermənistan üçün də qarşılıqlı əsaslarla yolların açılması təmin ediləcək;
Mövcud narahatlıqlar isə əlavə rəsmi açıqlamalar verildikdən sonra aradan qaldırılacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90