image-2000x150
image-1-64-750x470backend

İrəvan Qarabağda “Kosovo variantı”na hazırlaşır? – erməni deputat detalları açıqladı

image-728x90

Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderlərinin keçirdikləri üçtərəfli görüşdən sonra bir sıra mövzular müzakirəyə çıxarılıb. Ötən gün Reykiyavikdə keçirilən ATƏT-in iclasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı isə bu istiqamətdə müzakirələri daha önə çıxarıb.

Ulusal.az xəbər verir ki, bununla bağlı Ermənistanın hakim partiyası, “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki deputatı Akop Aslanyan olduqca maraqlı, əslində, İrəvanın əsl niyyətlərini ehtiva edən müsahibə verib. “Hraparak” qəzetinə danışan Aslanyan deyib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması qəribə deyil, lakin gələcəyə hesablanmış addımdır. “Birincisi odur ki, bəli, hər iki tərəf, mümkünsə, bir-birinin ərazi bütövlüyünü tanısın, ondan sonra beynəlxalq ictimaiyyətin qarşısında başqa bir məsələ qaldırılacaq. Çünki burada insan haqları, insanların azadlıqları, özünün mütləq hüququndan söhbət gedir. Bu halda beynəlxalq ictimaiyyət elə bir vəziyyət yaratmağa borcludur ki, Qarabağa hər hansı kütləvi məhv olma riski olmasın. Ona görə ki, Qarabağın başqa bir statusu var. Biz yavaş-yavaş Kosovodan nümunə götürəcəyik. Serbiyanın ərazi bütövlüyü də tanındı, lakin son nəticədə Kosovo müstəqil olaraq tanındı. Serbiyaya bildirilib ki, biz tanıyırıq, amma xalqın öz müqəddəratını təyin etmə hüququ olan bir hissəsi var. Beynəlxalq ictimaiyyətin tələbi ondan ibarətdir ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımayınca, başqa heç bir məsələ həll olunmayacaq”.

Erməni deputat onu da deyib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmir. “Əlbəttə, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin bundan dərhal sonra beynəlxalq ictimaiyyət bilir və anlayır ki, həmin xalqın öz müqəddəratını təyinetmə hüququ bərqərar olmalıdır”. 

Aslanyan Kosovo ilə Qarabağ arasında oxşarlığın az olması fikrini də qəbul etməyib. O deyib ki, Serbiya nə qədər istəməsə də, Kosovoya müstəqillik verildi.

“Çox üzr istəyirəm, bilirsinizmi niyə bu günə qədər məsələ həllini tapmayıb? Çünki Rusiya məsələdə öz həllini təklif edir. İndi biz çalışırıq ki, hamını prosesdən uzaqlaşdıraq. Yalnız bir Avropa qalsın və onların qərarı ilə məsələni həll edək. Bunu beynəlxalq birlik də deyir ki, digərlərini kənara qoymaq lazımdır. Bu məsələdə çox da dərinə getməyəcəm”.

Hakim partiyanın deputatı vurğulayır ki, Qarabağ məsələsinin həlli yolunu Rusiyanın inhisarından çıxarılıb, Qərbin inhisarına verilməsi ən doğru qərardır. “Rusiyanı prosesdən uzaqlaşdırmaq doğru qərardır. Çünki 30 ildə Rusiyanın nəzarəti altında heç bir iş görülməyib”.

Aslanyan Qarabağın “müstəqilliyinin” Qərb tərəfindən indi tanınmamasını da doğru hesab edir. “Hər şey birdən olmur. Qarabağ 70 il Azərbaycanın tərkibində olub. Bəs, niyə Azərbaycanın tərkibində olub? Bunu izah edə bilərlər? Mübarizə aparsınlar ki, Qarabağ 21 ildən sonra da Azərbaycanın tərkibində ola bilməz? Bu mümkün deyil, axı”.

Ermənistan parlamentinin üzvü anklavların qaytarılması məsələsinə də toxunub. “Mən anklavların qaytarılıb, qaytarılmadığı barədə heç nə deyə bilmərəm. Biz verəcəyik, bizə verəcəklər, bilmirəm. Bu gün mən çarəni bunda görürəm. Əsas hədəfimiz sonda xalqın məhv olmasına imkan verməmək və təhlükəsizliyimizin təmin edilməsidir”.

Aslanyan Kəlbəcər istiqamətində Ermənistanın törətdiyi təxribatlardan da bəhs edib. O iddia edib ki, İrəvan ordusu guya, Zod istiqamətində Azərbaycana ciddi müqavimət göstərib.

“Kim dedi ki, azərbaycanlılar İrəvana gələcək? O zaman biz Zodda niyə baş sındırırdıq? Biz onların iştahalarını acı istiotla doydurduq. Getdikcə də proses qapanır. Azərbaycan Ermənistanın gündən-günə arxa çevirdiyini anladığı üçün getdikcə daha çox hiddətlənir. Bilirsinizmi Azərbaycan Zodda üç postu götürməyimizi və onları qoyub geri çəkilməyimizi necə qarşıladı? Bəli biz düzgün istiqamətdə gedirik. Xarici düşmənlərimiz, daxili bədxahlarımız ölkəmizin güclənməsini istəmir. Amma biz onu edəcəyik. Yenə deyirəm, son hadisələrdən sonra Azərbaycan dəhşətə gəlib və bilir ki, bir gün özümüzün olan torpaqları qaytaracağıq”.

Jurnalistin “Hadrut və Şuşanın qaytarılacağını deyirsiz” sualına erməni deputat ətraflı cavab verməyib: “Mən ad çəkmirəm. Özünüz görəcəksiz”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90