image-rt-reklam
image-1backend

İrəvan çətin sınaq qarşısında: Qərbin tələsi, yoxsa Kremlin qılıncı güclü olacaq

image-728x90

Rəsmi İrəvan çətin sınaqla üz-üzədir. Artıq iki ildən artıqdir ki, Qərbi Ermənistanı öz tələsinə salmaqla Rusiyadan qoparmaq istəyir. Maraqlıdır ki, Rusiyanın Ermənistanla planları dəyişməyib. Elə bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin açıqlamasında da aydın hiss etmək olur.

“Moskva MDB-də parçalanma əlamətləri görmür”- Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti agentliyinə müsahibəsində Ermənistanın Moldovadan nümunə götürüb Birlikdən çıxmaq barədə düşünə bilərmi sualına cavab verərkən deyib. Diplomat qeyd edib ki, Ermənistan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və Birlikdə maraqlı iştirakçıdır.

“Müəyyən mərhələdə İrəvanın MDB platformasında fəallığının azalması həqiqətən də müşahidə olunub, lakin ümumilikdə ilin yekunlarını müsbət hesab etmək olar. Erməni tərəfi təşkilatın 2023-cü il oktyabrın 13-də Bişkekdə keçirilmiş sammitinin əksər qərarlarına qoşulub və Millətlər Birliyinin nizamnamə orqanlarının ötən il qəbul edilmiş, demək olar ki, bütün birgə bəyanatlarını dəstəkləyib”, – diplomat bildirib. .

Lakin görünən odur ki, Qərb ölkələri konkret olaraq Fransa Ermənistanın ləng hərəkətlərindən bezib. Son günlər Qərb ölkələrindən İrəvana təzyiqlərin sayı artır. Artıq Qərbdə anlayırlar ki, rəsmi İrəvan ikili oyun oynayır. Görünən isə odur ki, Rusiya Ermənistanı iqtisadi maraqlarla sıxmaqla özündə asılı vəziyyətdə saxlaya bilir. Son iki ayda Ermənistanın təminat yolu olan Lars yolunun bağlı olması bunu deməyə əsas verir. Həmçinin Kremlin İrəvandakı emissarları öz işini ustalıqla həyata keçirir.

Hələ bir neçə gün öncə Dmitri Peskov Ermənistan -rusiya münasibətlərindən danışarkən İrəvanı qərarsızlıqda ittiham etmişdi.

Ermənistanı Moldovanın taleyi gözləyirmi?

Erməni siyasət adamları hesab edir ki, Rusiya Ermənistanı istənilən an cəzalandıra bilər. Qeyd edək ki, bundan əvvəl Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri Doina German respublikanın nəhayət 2024-cü ilin sonuna qədər MDB-dən çıxacağını bəyan etmişdi.

2022-ci ildən Moldova hakimiyyəti MDB ilə bir sıra sazişlərin ləğv edilməsinin zəruriliyindən danışır. Nazirliklər Birliklə bağlanmış bütün sazişləri təhlil etmək və onların qiymətləndirmələrinə görə, “effektiv olmayan” müqavilələri pisləmək niyyətindədirlər, bu sazişləri MDB-yə daxil olan ölkələrlə ikitərəfli sazişlərlə əvəz etməyə ümid edirlər. 2023-cü ildə MDB ilə 35 saziş ləğv edilib və parlament ölkənin MDB Parlamentlərarası Assambleyasından çıxmasını təsdiqləyib.

Moldovadan fəqrli olaraq Ermənistan odla su arasında var-gəl edir. Rəsmi İrəvan Qərbin tələsindən qurtula bilməsə Kremlin qılıncı onları bitirə bilər.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90