image-rt-reklam
image-1backend

İranlı yazıçıdan sərsəm iddia: Nizami Gəncəvi “İran şairidir” 

image-728x90

Ulusal.az xəbər verir ki, “Əsr-e İran” saytı İran hökumətinin Azərbaycana qarşı qərəzli, riyakar siyasətinin davamı olaraq iddia edib ki, Nizami Gəncəvi guya İran şairidir.
Məlumata görə, İranda Nizami Gəncəvinin anım həftəsi münasibətilə Urmiyada “Bamdad-e Urmiya Kitabxanası”nın ev sahibliyi ilə tədbir keçirilib. Tədbirdə iranlı yazıçı-tədqiqatçı Mustafa Quluzadə Elyar çıxışını Nizami Gəncəvinin guya Azərbaycan tərəfindən “təhrif olunmasına” həsr edib.
Qeyd edək ki, özünü tədqiqatçı adlandıran iranlı yazıçının sözlərinə baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə yazırdı:
“Farspərəstlər və ermənilər Nizamini bizdən qoparmaq istəyirdilər. Gözələ və böyüyə türk, gözəlliklə böyüklüyə türklük, gözəl və böyük ifadəyə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə “sırf farsca yazıb” deyə türk deməmək düzgündürmü? Əsla!”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90