image-2000x150
image-1backend

İranlı ekspertin qorxusu: Türkiyə ilə Azərbaycan Ermənistanın cənubunu “işğal” etmək üçün…

image-728x90

Azərbaycan əleyhinə şər-böhtan kampaniyası aparan molla rejiminin ekspert Ehsan_Movəhhediyan “Tahlil Bazaar” saytına müsahibə verib.

Ehsan İranı Ermənistan iqtisadiyyatını dirçəltməyə, bu ölkəyə yatırım etməyə çağırıb.

– İran Sünik tunelini tikməklə regionda öz geosiyasi mövqeyini möhkəmləndirə, Ermənistan da indiki dalandan çıxa və Şimal-Cənub dəhlizinin əsas qolu İrəvandan İrana qədər uzana bilər?

– Sözügedən dəhlizin yaradılması Ermənistan üçün ölüm-qalım məsələsidir, çünki bu ölkənin dənizə çıxışı yoxdur və iki “düşmən” qonşusu var: Azərbaycan və Türkiyə. Digər tərəfdən, Gürcüstan da sənaye ölkəsi olmadığı və Rusiyanın təzyiqi altında olduğu üçün Ermənistan onun köməyinə ümid edə bilməz; Eyni zamanda İrəvanı zəiflətmək üçün qismən Bakı və Ankara ilə də əməkdaşlıq edir.

– Buna görə Ermənistana yardım edə biləcək yeganə ölkə İrandır?

– İranla iqtisadi əməkdaşlığın inkişafı və dəhlizlərin yaradılması hesabına Ermənistanın iqtisadi vəziyyəti yaxşılaşdıqda, bu ölkədə artan daxili gərginlik, kütləvi etirazlar və siyasi qarşıdurma riski və Türkiyə ilə Azərbaycanın Ermənistanın cənubunu “işğal etmək üçün sui-istifadə etmə” ehtimalı azalacaq, Ermənistanda sabitlik və təhlükəsizlik bərqərar olacaq…”.

Bu bədnam ekspert İranın bu işləri hansı vəsaitlə edəcəyini aydınalşdırmayıb. İranla Ermənistan bir neçə layihə ilə bağlı müqavilə imzalayıb. Amma onu reallaşdırmağa pul tapa bilmirlər. Və yəqin ki, tapa bilməyəcəklər də, belə siyasətlə.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90