image-rt-reklam
image-1backend

İranlı ekspert: “Ermənistanın qaz bazarı Azərbaycana həvalə edilə bilər”

image-728x90

Ulusal.az xəbər verir ki, bu barədə İranın Qafqaz üzrə təhlilçisi Seyid Məhəmmədrza Dəmavəndi İLNA-ya müsahibəsində İran və Ermənistan arasında enerji əməkdaşlığı haqqında deyib:
“İran və Ermənistan arasında son 30 ildə və Ermənistan müstəqillik əldə etdikdən sonra ən mühüm enerji müzakirəsi qazın elektrik enerjisi ilə mübadiləsi məsələsi olub”.

Ermənistanın qaz bazarı Azərbaycana həvalə edilə bilər.
O, Ermənistanın qaza ehtiyacı məsələsinə də toxunaraq deyib:

“Ermənistanın qaza olan tələbatı uzun illər ərzində Rusiyanın “Qazprom” şirkəti tərəfindən təmin edilib və bu ölkənin qaz təchizatı şəbəkəsini də “Qazprom” idarə edir və ölkənin ehtiyaclarının bir hissəsini elektrik enerjisi və İran qazı ilə mübadiləsi yolu ilə təmin edib.

Məsələ ondadır ki, Ermənistan, Azərbaycan və Türkiyə arasında barışıqla bağlı siyasi platformada nələr müzakirə olunur; Ermənistanın bu iki ölkə ilə siyasi münasibətlərinin sülhə doğru formalaşacağı istisna deyil, bu halda Ermənistan üçün cəlbedici təkliflərdən biri də Azərbaycandan Türkiyəyə boru kəmərinin Ermənistanın cənubundan keçməsi və bu ölkəyə qaz payı vermək ola bilər.
Əgər bu gerçəkləşərsə, Ermənistanın qaza olan tələbatının bir hissəsi qarşılanacaq və bu addım təbii olaraq İran və Rusiyadan qaz almaq ehtiyacını azaldacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90