image-2000x150
image-media-cavansir-ajwuz0ly6b9fqhoe3svi-620x460backend

“İranın təxribatları davam edir” -Cavanşir Feyziyev

image-728x90

İran daha bir təxribata əl atıb. İran təyyarəsi Azərbaycan sərhədi üzərində uçuş həyata keçirdi. Bir qədər sonra isə İran XİN-in nümayəndəsi Naser Kanani  brifinqdə bildirdi ki, İranın hərbi təyyarəsi Azərbaycan sərhədini keçməyib, buna görə də İran səfirinin izahat vermək üçün Azərbaycan XİN-ə çağırılmasını yanlış addım hesab edirik.

“Uçuş adi uçuş olub. İranın sərhəddəki rayonlarının müşahidəsi çərçivəsində və İran ərazisində müntəzəm olaraq bu cür uçuşlar həyata keçirilir. Əvvəllər də belə uçuşlar həyata keçirilib”, – deyə Fars agentliyi Kananidən sitat gətirir.

“İranın ölkəmizə təcəvüzkar siyasəti bu gündə davam edir . Bu birinci deyil. İrandakı səfirliyimizə silahlı hücum oldu. Martın 4-də isə Azərbaycan vətəndaşı olan tələbə oğurlanıb.” –Ulusal.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev ASAN radioya açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, İran tərəfi təxribatlarını davam etdirərək Nizami Gəncəvi ili keçirir və Nizamini fars şairi kimi təqdim edir.

“İran çirkin siyasətinin bariz nümünəsidir ki, İran qədim Azərbaycan şəhəri olan Gəncəni də İran şəhəi kimi təqdim edir” – deyə Cavanşir Feyziyev əlavə edib.

Daha ətraflı :

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90