image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“İranın susmasının səbəbi budur”- Arzuman Muradlı

image-728x90

“Azərbaycan artıq dünəndən Qarabağda anti-terror əməliyyatına başlayıb. Bu əməliyyata qısqanclıqla yanaşan ölkələr var. Azərbaycanın anti-terror əməliyyatına dövlətlərin müsbət və ya mənfi müxtəlif reaksiyaları var, Rusiya, Fransa, Türkiyə, Avropa İttifaqından ard-arda açıqlamalar gəlir, bircə qonşu İrandan səs çıxmır.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, nədənsə rəsmi Tehran bu dəqiqəyə qədər öz münasibətini bildirməyib.

“Tehran neçə vaxtdır bizi Zəngəzur dəhlizi mövzusunda hədələyirdi, ancaq biz öz ərazimizdə hərbi əməliyyat keçiririk, dəhliz məsələsi hələ aktual deyil. Tehran nə “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, nə də “döyüşlər dərhal dayandırılmalıdır” açıqlamasını verir. İran xarici işlər naziri az qala hər həftə azərbaycanlı həmkarına zəng eləyib deyir ki, “gəlin münasibətləri normallaşdıraq”. Bir sözlə görünən odur ki. İslam Respublikası indiyə qədər kimi dəstəklədiyini susmağı ilə isbat edib” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90