image-rt-reklam
image-1backend

İranın İsrailə hücum planı: Dəhşətli müharibəyə saatlar qaldı

image-728x90

Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiyanın 48 saat ərzində başlanması riski böyükdür.

Ulusal.az xəbər verir ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə “cavab zərbəsi”ni məhz 2-4 avqust tarixində endirəcəyi gözləntiləri var.

Son məlumatlara görə, aviaşirkətlər İsrailə uçuşları dayandırıb. Bu, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından əvvəlki dövrü xatırladır. O zaman da aviauçuşlar təxirə salınmışdı.

Böyük eskalasiyanın məhz 2 avqustda başlanması ehtimalını gücləndirən amillərdən biri Haniyənin dəfn edilməsidir. Gözləntilərə görə, HƏMAS yeni hücum üçün Haniyənin dəfnini gözləyib, artıq onların elan etdiyi “qəzəb günü” çatıb. HƏMAS-la yanaşı, “Hizbullah” da İsraildən “qisas almaq”da qərarlı görünür.

“Nyu York Tayms” nəşri İranın üç rəsmisinə və SEPAH-ın iki yüksək rütbəli üzvünə istinadən, dini lider Xameneinin Milli Təhlükəsizlik Şurasının iclasında İsraildən “qisas almaq” əmri verdiyini yazıb.

Nəşr qeyd edir ki, İran ordusunun rəhbərliyi aprel ayında İsrailə dron sürüsü və raketlərlə hücum ssenarisinin təkrarlanması imkanlarını araşdırır. Raket və PUA zərbələri Təl-Əvivə və Hayfa yaxınlığındakı hərbi hədəflərə endirilə bilər.

Aprel ayında endirilən zərbələr simvolik idi. Növbəti zərbənin simvolik olub-olmayacağı isə bəlli deyil. Bütün hallarda növbəti zərbənin endirilməsi hadisələrin inkişafına mənfi təsir edə bilər, çünki İsrail cavab olaraq, təkcə İranı yox, Suriya və Livanı da hədəfə alacaq və müharibə alovu bütün regiona yayılacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90