İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı rəsmi proses başa çatıb.
Ulusal.az Fars-a istinadla xəbər verir ki, bunu XİN- sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İranın Azərbaycandakı səfiri artıq təqdim olunub.
“Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr bizim üçün çox önəmlidir. İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, arzu olunan şəxs seçilib və bununla bağlı müvafiq proses davam edir. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”.
Bəqai yeni səfirin adını açıqlamayıb.