image-rt-reklam
image-1backend

İrandan İsrailə kütləvi raket zərbəsi: Xəstəxana vuruldu – İtkilər var 

image-728x90

İran cümə axşamı səhər saatlarında İsrailə raket zərbəsi endirib, itkilər var.

Ulusal.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, İsrail ərazisinə azı 30 raket atılıb. Birbaşa zərbələr olub.

Xüsusilə, İsrailin cənubundakı Beer Şevadakı Soroka xəstəxanasına ziyan dəyib, ilkin məlumatlara görə, azı 10 nəfər yaralanıb.

KİV-in məlumatına görə, İran raketinin Təl-Əvivin mərkəzindəki binaya düşməsi nəticəsində daha 30-a yaxın insan yaralanıb.

İsrail birjasının binası uçub.

Bu arada İsrail İranın Xondab bölgəsində ağır su reaktorunun yerləşdiyi əraziyə hücum edib.

İran mediasının məlumatına görə, radiasiya sızması təhlükəsi yoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90