image-rt-reklam
image-1backend

İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal – Məhkəmə qərar verdi

image-728x90

İrandan Azərbaycanda “Lacoste” əmtəə nişanlı kontrafakt mallar gətirilib. “Lacoste”nin Azərbaycandakı distrubuteri olan şirkət buna görə məhkəməyə müraciət edib.

Ulusal.az  xəbər verir ki, İrandan Azərbaycana gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt (hüquq sahibinin mövcud qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulması ilə yaradılan) olması əlamətləri aşkar olunmuş “Lacoste” əmtəə nişanlı 190 cüt ayaqqabı gətirilib.

“Loacoste”nin Azərbaycandakı rəsmi distribyutoru olan “Eren Perakende ve Tekstil” şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İddiaçı tərəf həmin məhsulların məhv edilməsini, kompensasiya və sənədləşmə işlərinə görə ümumilikdə 7 min manat tələb edib.

Məhkəmə “Lacoste” əmtəə nişanlı həmin malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi barədə qətnamə çıxarıb. Maddi hissə ilə bağlı iddia rədd edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90