image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“İrandakı rejim baş verənlərdə “xarici iz” axtarır” -Arzuman Muradlı

image-728x90
Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, amma martın 4-dən bəri ondan xəbər alına bilməməsi haqda məlumat yayılıb. Məsələ ilə bağlı müraciət Azərbaycan Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir.
Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi yönündə lazımi tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadıqca İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb.
“İranda azərbaycanlı tələbənin oğurlanması faktı fars rejimin çirkin siyasətinin nəticəsidir”-Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, mümkün qədər Azərbaycan vətəndaşları İrana səfərləri təxirə salmalıdır.

“Azərbaycan vətəndaşlarının indiki həssas məqamda İrana səfərləri məqbul deyil, təxirə salmalarına ehtiyac var.  İki ölkə arasındakı münasibətlər ötən ilkindən də gərgindir. İranda Azərbaycan vətəndaşının müəammalı şəkildə yoxa çıxması yenidən bu mövzunu aktuallaşdırıb. Quru sərhəd qapalı olsa da, təyyarə reysləri mövcuddur, üstəgəl Gürcüstan üzərindən də İrana gedənlər haqqında məlumat var. İranda sentyabr ayından başlayan küçə yürüşləri və etirazlar davam edir. İrandakı rejim baş verənlərdə “xarici iz” axtarır, şübhələndikləri istənilən xarici ölkə vətəndaşını həbs edirlər. Vətəndaşlarımız indiki halda bu səfərlərdən çəkinməlidir. Çünki fars rejimi günahkar axtarışındadır və istənilən adam hədəfə çevrilə bilər”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90