image-rt-reklam
image-1backend

İranda siyasi fəal gənc həbsdən çıxdıqdan sonra öldü- ŞÜBHƏLİ MƏQAM

image-728x90

Ərdəbildə yaşayan Bəhram Əşcə adlı azərbaycanlı gənc ETTELLAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasından buraxıldıqdan bir gün sonra şübhəli şəkildə dünyasını dəyişib.

Bu barədə məlumat teleqram kanallarında yayılıb.

Bildirilir ki, o, iki həftə öncə ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən “sosial şəbəkələrdə fəaliyyət və fəallarla ünsiyyət” ittihamı ilə saxlanılıb.

Onu da bildirək ki, bundan öncə də oxşar hadisələr baş verib. Saxlanılan gənclər ya sonradan xəstəliyə tutulublar, ya da qəfildən ölüblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90