image-rt-reklam
image-img_20250807_224053backend

 İranda narkotik xassəli bitkilər becəriləcək 

image-728x90

İranda beynəlxalq protokollar çərçivəsində əczaçılıq və sənaye məqsədləri üçün bəzi narkotik xassəli bitkilərin becərilməsi ilə bağlı plan hazırlanıb. Ulusal.az xəbər verir ki, bu plan Narkotiklə Mübarizə Baş Qərargahının təsdiqini gözləyir.

Narkotiklə Mübarizə Qərargahının baş katibi Səid Zülfüqari bildirib ki, ölkədə narkotik vasitələrdən əyləncə məqsədi ilə istifadə edənlərin sayı artmaqdadır. O, əlavə edib ki, becərilməsi planlaşdırılan bitkilər cəmiyyətdə heç bir problem yaratmayacaq və ciddi nəzarət altında olacaq.

Onun iddiasına əsasən, bu addımın əsas məqsədi əczaçılıq və sənaye sahələrində istifadə üçün qanuni və nəzarətli istehsal yaratmaqdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90