Ulusal.az xəbər verir ki, İranlı jurnalist Mərziyə Mahmudi İsrail-İran müharibəsinin baş verəcəyi ilə bağlı aprel ayında verdiyi proqnoza görə 40 milyon tümən (təxminən 456 dollar) məbləğində cərimə edilib.
O, bu haqda şəxsi sosial media hesabında məlumat verib. Jurnalist yazıb ki, müharibə ilə bağlı proqnozuna görə üç dəfə məhkəməyə çağırılıb, sonda isə “yalan məlumatların yayılması” ittihamı ilə cəzalandırılıb. Xanım Mahmudi ironik şəkildə bildirib: “Hakim proqnozumun düz çıxdığını deyərək mükafat verilməli olduğunu dedi, amma əksinə, məni cəzalandırdılar”.