2005-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib ki, İranda yaradılan anti-İsrail bölməsinə bir müddət İsrail “Mossad”ının agenti rəhbərlik edib.
Ulusal.az xəbər verir ki, sabiq dövlət başçısının sözlərini Türkiyənin “Haberler” nəşri sitat gətirib.
Əhmədinejad İsrailin “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürməsindən sonra müvafiq bəyanatla çıxış edib. İrandakı qətlin fonunda İsrail casuslarının yerli hökumət strukturlarına sızması barədə söhbətlər başlayıb.
Əhmədinejadın sözlərinə görə, İranda İsrailə qarşı mübarizə aparmaq üçün bölmə yaradılıb və ona rəhbərlik edən şəxs sonradan “Mossad” agenti olub.publika.az