image-rt-reklam
image-1backend

İranda avtobus qəzası – Ölən və yaralananlar var

image-728x90

Bu gün səhər saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 3 nəfər ölüb.

Ulusal.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Qərbi Azərbaycan vilayəti üzrə idarəsinin direktoru Həmid Məhbubi deyib.

Onun sözlərinə görə, Miyandab-Mahabad yolunda baş verən qəza nəticəsində 8 nəfər xəsarət alıb.

İdarə rəsmisi deyib ki, yaralılar müalicə mərkəzlərinə köçürülüb.

Fakta bağlı araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90