image-rt-reklam
image-1backend

İrana qarşı yeni həmlə: Xameneyi Pezeşkiana qadağa qoydu

image-728x90

ABŞ Prezidenti Donald Tramp Rusiya-İran ittifaqını zəiflətmək istəyir.

Ulusal.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Amerika lideri bu planı çərçivəsində ilk addımını atıb:

“Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində “bizimlə İran arasında vasitəçi olmağınızı istəyirəm” söyləməklə, hiyləgər gediş edib. Putin Trampın təklifi ilə dərhal razılaşıb. Kreml sahibi düşünüb ki, Trampın ona işə düşübsə, deməli, Vaşinqton həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacaq, həm də yaxın gələcəkdə ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılacaq.

Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər. Ancaq Tramp administrasiyasının ana məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla, Kreml və Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ budur ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir, ali dini lider Əli Xameneyi Prezident Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib.

Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər, yəni Putinin sözünü yer salacaqlar. Vaşinqtona da bu lazımdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90