image-rt-reklam
image-1backend

İRAN SƏFİRİNİN YENƏ “ERMƏNİLİYİ TUTDU” – Sübhani kimi hədələyir?

image-728x90

İranın Ermənistandakı səfiri, ermənilik etməyə “adətkərdə olmuş” Mehdi Sübhani növbəti dəfə erməni jurnalistlərin qarşısında rəsmi Tehranın adından “xoruzlanıb”.

30 ildən artıq Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin pozulduğunu “görməyən”, özü də bu irticada müxtəlif vasitələrlə iştirak etmiş Tehran rejiminin Ermənistandakı səfiri növbəti dəfə bildirib ki, İran qonşu dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəti əleyhinədir və bunu “hərbi tədbirlərlə” nümayiş etdirib: “Bizim mövqeyimiz bəllidir: biz sərhədlərin dəyişdirilməsinin, geosiyasi dəyişikliklərin əleyhinəyik və davranışımızla, siyasi və hərbi addımlarımızla göstərmişik ki, bu cür dəyişikliklərə dözməyəcəyik”.

Onun sözlərinə görə, İran hesab edir ki, Ermənistanda sülh hökm sürməlidir: “Ölkələr qarşıdurma yolu ilə getməyə çalışsalar, bu, onların təhlükəsizlik sisteminin pozulması demək olacaq. Əgər ölkələr sülhə can atsalar, o zaman iqtisadi inkişaf yolu ilə gedə bilərlər”.

Xatırladaq ki, ermənilərin xoşuna gəlməyə çalışan Sübhani bundan öncə də dəfələrlə bütün etik, diplomatik etiketləri aşan, başından və çapından böyük ermənipərəst açıqlamaları ilə gündəmə gəlib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90