image-2000x150
image-1backend

İran niyə geri çəkildi? – Tehran öz mütəffiqlərinə güvənmir

image-728x90

İran İsrailə ilk zərbəni vuran kimi dayandığını bəyan etdi. Əslində İranın hücumunun sadəcə bir görüntü olduğu bəlli idi. Çünki hələ zərbə endirməmişdən öncə İranın rəsmi xəbər agentlikləri İsrailə zərbə endircəklərini və gülməli də olsa bunu hansı saatda həyata keçirəcəklərini açıqlamışdı. Yəni rəsmi Tehran biz bu saatda sizə zərbə endirəcəyik, ehtiyyat tədbirlərinizi görün mesajını verirdi.

Bu hücum onu deməyə əsas verir ki,bu hücum İranın hazırda İsrailə qarşı edə biləcəyi ən böyük addım idi.

Mövcud münaqişələr və böhranlar kontekstində təbliğat komponentinin əhəmiyyətini və son İran-İsrail münaqişəsi kontekstində Tehranın hərəkətlərinə ironiya ilə qiymət verilməsini nəzərə alaraq, lakin daha obyektiv olmaq üçün aşağıdakı faktlar nəzərə alınmalıdır. :

1. Tehran əslində İsraillə müharibəyə maraqlı deyil. İranın əsas istəyi mümkün qədər İsraillə müharibədən qaçmaqdır. Odur ki, son vaxtlar kifayət qədər tez-tez baş verən bu cür təxribatların qarşısının alınması və onların həyata keçiriləcəyi təqdirdə nəticələrinin uğurla idarə edilməsi məsələsi İranın xarici və təhlükəsizlik siyasətinin əsas məsələsidir. Bir sözlə İran İsraillə müharibəyə girməkdən çəkinməklə həm də özünü qorumaq niyyətindədir. Əgər İran müharibəyə gorsə bu region üçün böyük fəlakətlərə səbəb ola bilər. Sözsüz ki,İranı müharibəyə qoşmaq Qərbin və ABŞ-ın ən böyük arzusudur.

2.Aydındır ki, İran daxilində iki böyük qüvvə var. Bunlardan biri SEPAH və İran Silahlı Qüvvələridir. SEPAH daha çox müharibəyə maraqlıdır və kontekstdə hərəkət edir. Lakin iranlı analtiklər müharibədən qaçmağın bütün detallarını müzakirə edirlər. SEPAH və İran Silahlı Qüvvələri arasında dərin uçurum var və bunu Qərbdə də anlayırlar.

3. İran müharibədən niyə çəkinir? Əslində hesab etmək olar ki, İranın Rusiya, Çin, Hindistan, Ermənistan, Suriya, İraq, Qətər, Livan kimi müttəfiqləri var. Görünən odur ki, İran medianın mütəffiq hesab etdiyi dövlətlərə hələ də güvənmir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90