image-2000x150
image-222222backend

İran müdafiə nazirinin sabiq müavinini edam etdi – 15 il ərzində sirli qalan məqamlar

image-728x90

Bu ilin yanvar ayında İran on il ərzində İngiltərəyə gizli cəsusluq etmiş müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərini edam edib.

Keçmiş nazir müavininin edam edilməsinə səbəb onun İngiltərə casusluq etməsi olub.

“The New York Times” nəşri Qərb kəşfiyyatına və İrandakı mənbələrinə istinadən yazır ki, Əlirza Əkbərinin edamı 15 il ərzində sirli qalan məqamları üzə çıxarıb.

“Yanvarın 11 – də İranda casusluqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin edamı 15 il ərzində sirli qalan bəzi şeyləri üzə çıxardı. Əslində Əkbəri Britaniyanın casusu imiş. İctimaiyyət üçün o, dini fanat, yüksək səviyyəli hərbi komandir idi. Artıq 2004-cü ildən casusluq etməyə başlayıb. Əkbəri uzun müddət özünü gizlədə bilib. Lakin 2019-cu ildə Rusiya kəşfiyyatının köməyi ilə İran rəsmiləri onu üzə çıxarıb. Rusiya kəşfiyyatı Əkbərinin İranın gizli nüvə proqramına dair məlumatları İngiltərəyə ötürdüyünü öyrəniblər, lakin bunun hansı yolla etdikləri bəlli deyil”, – nəşr yazır.

İngiltərə isə Əkbərinin bu ölkəyə casusluq etdiyini etiraf etməyib. Bu ölkənin Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi “The New York Times”ın bu haqda sualından yayınıb.

Nəşr yazır ki, İngiltərə 2008-ci ildə İranın nüvə bombası yaratmaq səyləri ilə bağlı məlumatları İsrail və digər Avropa ölkələrinə verib: “Bu məlumatlar uranın zənginləşdirildiyi “Fordo” mərkəzi ilə bağlı idi. Bu mərkəzin ifşa edilməsi Qərbi İranın nüvə proqramına qarşı planlarına yenidən baxmağa məcbur etdi. Qərb kəşfiyyatı peyk görüntüləri sayəsində İranın dağlarda obyekt tikdiyini bilirdilər, lakin onlar bu obyekti hərbi anbar hesab edirdilər və onun uranın zənginləşdirmə obyekti olduğundan xəbərsiz idilər. Əkbərinin ötürdüyü məlumatlardan sonra Qərb kəşfiyyatı bu obyektin gizli nüvə mərkəzi olduğunu öyrənib”.

Nəşr qeyd edir ki, 2023-cü ilin yanvarında, Əkbərinin həbsindən bir müddət sonra İran hakimiyyəti onun casus olduğunu elan etdi.

İranlı mənbələr və diplomatların bildirdiyinə görə, Əkbərinin həbsindən bir neçə gün sonra həbsxana nəzarətçiləri onu səhər tezdən divarlarla əhatə olunmuş açıq yerə apardılar, boynuna kəndir saldılar və bir neçə dəqiqədən sonra onun cansız bədəni dar ağacından asılmışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90