image-2000x150
image-img_20230216_202554backend

İran məşhur futbolçunun ölkədən çıxışına qadağa qoydu

image-728x90

Əli Dayi ölkədən çıxışına qadağa qoyulduğuna görə, FİFA-nın “Ən Yaxşılar” mərasiminə qatıla bilməyəcək.

Ulusal.az xəbər verir  ki, bir neçə gün öncə Beynəlxalq Futbol Federasiyası İranın futbol əfsanəsi Əli Dayini FİFA-nın ilin ən yaxşı oyunçularının mükafatlandırma mərasimində iştirak etmək üçün rəsmən dəvət edib, lakin həmin vaxt Dayinin ölkəni tərk etməsinə icazə verilib-verilməməsi bəlli deyildi.

İndi isə araşdırmalardan məlum olur ki, İran rejimi dünyaca tanınmış futbolçu Əli Dayinin xalq etirazlarını dəstəklədiyi üçün ölkədən çıxışına qadağa qoyub və buna görə, problem həll olunmazsa, beynəlxalq tədbirə qatıla bilməyəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90