“Asr Iran” saytı yazır ki, Moskva ilə Bakı arasında artan gərginlik fonunda Rusiya qüvvələri Ukraynada Azərbaycan dövlət neft şirkətinə (SOCAR) məxsus obyektləri hədəfə alıb.
Ukrayna hökuməti açıqlayıb ki, Rusiyanın pilotsuz təyyarələri avqustun 19-da Odessa vilayətində SOCAR-a məxsus neft anbarını vurub. Bu, son iki həftədə ikinci belə hücumdur.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hücum “yalnız Ukraynaya deyil, həm də enerji təhlükəsizliyinə qarşı yönəlib”.
Xəbər portalının yazdığına görə, bu hücumlar ABŞ-nin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizinə dair anlaşmanın imzalanması fonunda baş verir…