image-2000x150
image-qarabagbackend

İran mediası: “Cənubi Qafqazdakı vəziyyətin təhlili: Ermənistan Qarabağdan əlini çəkir?”

image-728x90
“Tasnim” Xəbər Agentliyi yazır ki, Karnegi analitik yazdığı məqalədə Qarabağın vəziyyəti, Naxçıvanı Azərbaycanla birləşdirən marşrut və Bakı və Yerevanın bu məsələyə necə yanaşmasını araşdırıb:
“Əksər ermənilər üçün Kreml ehtiyac anında onlardan üz döndərən etibarsız müttəfiqdir. Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Yerevan sülhə yalnız bir şərtlə nail olacaq, o da bundan ibarətdir ki, Ermənistan ərazi ambisiyalarını Sovet İttifaqı dövründəki sərhədləri ilə məhdudlaşdırmış olsun. Başqa sözlə, Azərbaycanla uğrunda bir neçə dəfə döyüşmüş olduğu Qarabağdan əl çəkməlidir.
Ötən ilin sentyabrında Paşinyan Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.
Keçən ilin aprelində isə erməni baş nazir prioritetlərin dəyişməsi barədə danışmışdı. Yerevan üçün əsas məsələ Qarabağın statusu deyil, orada yaşayanların “təhlükəsizliyi və hüquqlarının təmin edilməsidir”. Yəni Qarabağ Azərbaycanın tərkibində olacaq, amma erməni dilinin statusu kimi xüsusi məsələlərlə bağlı çətin müzakirələr gedir.
Ermənistanın baş naziri eləcə də bu qərarın uzaq-yaxın beynəlxalq tərəfdaşların tələbi ilə qəbul edildiyinə işarə edərək, məsuliyyət yükünü öz çiynindən atmağa çalışıb.
Azərbaycan rəsmilərinin bildirdiyinə əsaslansaq, onların niyyəti Qarabağ erməniləri ilə ləzgilər, talışlar və tatlar kimi digər milli azlıqlarla olduğu kimi davranmaqdır. Xüsusi muxtar vilayətlərin yaradılması və ya buna bənzər tədbirlər planı yoxdur. Lakin Qarabağda qalan ermənilər üçün Azərbaycan pasportu əldə etmək asan olmayacaq. Bu amansız reallıqla üz-üzə qalan ermənilər nəhayət ki, Ermənistana köçmək qərarına gələcəklər. Yalnız qocalar qalacaq, öz evlərinə bərk bağlı, nə siyasi həyatda iştirak edəcəklər, nə də hakimiyyəti narahat edəcəklər.
Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır, çünki ən əsas müzakirə mövzusu olan Qarabağ məsələsi bitəcək. Ermənilərin bir çoxu üçün Kreml onları çətin anlarında tək qoyan etibarsız müttəfiq olacaq. Qarabağdan başqa, ermənilər üçün Moskvanın təsiri və rolu Ankara, Brüssel və Vaşinqtonun roluna bənzəyir”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90