İsrail ilə baş verən 12 günlük müharibə zamanı İran kəşfiyyatı 23 yüksək vəzifəli məmura qarşı planlaşdırılan sui-qəsdlərin qarşısını alıb.
Ulusal.az xəbər verir ki, bu barədə İran kəşfiyyatından məlumat verilib.
Bildirilib ki, “Mossad” İrandakı müxalif qüvvələrlə birgə, İsrailin Evin həbsxanasına zərbə endirməsindən sonra Tehranda genişmiqyaslı iğtişaşlar təşkil etməyi planlaşdırırmış.
Kəşfiyyat həmçinin qeyd edib ki, müharibə zamanı azı 450 xarici silahlı döyüşçü İrana daxil olmağa hazırlaşırmış.Musavat.com