image-rt-reklam
image-bez-nazvaniyabackend

İran hökuməti : İsrail Pezeşkianı öldürmək istəyib 

image-728x90

Ulusal.az xəbər verir ki, İran hökumətinin İnformasiya Şurasının katibi Məhəmməd Qolzari televiziya proqramında çıxış edərək bildirib ki, iyunun 15-də İran rəsmilərinin iştirakı ilə keçirilən toplantıya hücum edilib. Onun sözlərinə görə, hücum zamanı prezident Məsud Pezeşkian az da olsa yaralanıb.

Qolzari hücumun İsrailin 12 günlük müharibəsi zamanı, Ali Milli Təhlükəsizlik Şurasının iclası vaxtı baş verdiyini deyib.

Daha əvvəl də mediada Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulam Hüseyn Mohseni Ejeinin iştirak etdiyi toplantıya hücum edildiyinə dair məlumatlar yayılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90