“İran regionda yeni müharibənin başlanmasında maraqlıdır. Məhz öz çirkin əməlləri həyata keçirmək üçün rəsmi Tehran Ermənistana silah və dron ötürür”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, İran Ermənistana silah və dron ötürür və Azərbaycanla qarşıdurmaya hazırlaşır, bunu artıq İran tərəfi də gizlətmir.
” Rusiya, İran və Hindistanın birgə qərarı əsasında son həftələr İran ərazisindən Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silah-sursat, o cümlədən dronlar, əsgərlərin daşınması üçün izlənilən maşınlar, yer-yer və yer-hava tipli raketlər, həmçinin Rusiya və Hindistan istehsalı olan radar sistemləri göndərilən yüklərin içərisindədir.
Bir sözlə İran regionda yeni müharibənin başlamasında maraqlıdır. Bu İran adlı dövlətin çirkin siyasətinin bir hissəsidir” -deyə Arzuman Muradlı bildirib.