image-rt-reklam
image-nocomment_087c9681d017bc16d5ce2e0474146098_9kcbqr02p573jt6iewy1-e1591468549707_-1backend

İran Ermənistana pilotsuz təyyarələr satacaq: Qafqazda odla oyun  

image-728x90

Türkiyənin “Milliyet” nəşri “İran Ermənistana pilotsuz təyyarələr sata bilər: Qafqazda odla oyun” başlıqlı məqalə dərc edib.

Sözügedən məqalədə İranın pilotsuz uçuş aparatlarının Ermənistana satılması ehtimalından bəhs edilir.

Nəşr yazır ki, İran Ermənistana “Şahid-136” PUA-ları göndərə bilər.

“İran Cənubi Qafqazda nüfuzunun itirilməsi ilə üz-üzədir və Ermənistanı həvəsləndirməklə Bakı ilə İrəvan arasında sülh danışıqlarının qarşısını almağa çalışır. Tehran rejimi Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlığını heç vaxt gizlətməyib. Çünki bu dəhliz Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqə yarada biləcək”, – nəşr qeyd edib.

Vurğulanıb ki, İran Avrasiya bazarına silah ixrac etmək yollarını axtarır, Ermənistan isə əsas əhəmiyyət kəsb edir. Həmçinin, bildirilir ki, Tehran administrasiyası bu addımı ilə özünü Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı mümkün çəkindirici vasitə kimi göstərmək istəyir.

Məsələyə münasibət bildirən politoloq Fuad Şahbazov “Milliyet”ə verdiyi açıqlamada Tehranın əsas məqsədinin Türkiyə-Azərbaycan oxunu qırmaq olduğunu bildirib.

Donanma Araşdırma Mərkəzinin tədqiqatçısı Samuel Bendett “Forbes”-ə Ermənistanın güclənən Türkiyə-Azərbaycan müttəfiqliyini balanslaşdırmağın yollarını axtardığını vurğulayıb və Türkiyə silahlı pilotsuz təyyarələrinin Qarabağdakı qələbəsində oynadığı rolu xatırladıb.

İranın, eləcə də Ermənistanın Ankara-Bakı müttəfiqliyindən narahat olduğunu deyən Bendett, iki ildir Tehran administrasiyasının Azərbaycan sərhədində keçirdiyi təlimləri diqqətə çatdırıb. “Forbes”dəki xəbərdə İranın Türkiyənin ucuz silahlı pilotsuz təyyarələr istehsal edərək əldə etdiyi bazar payından faydalanmaq istədiyi də ifadə edilib.

Noyabrın sonlarında “Forbes” jurnalında başqa bir hesabat da çıxıb: “Ermənistan və Serbiya niyə İran pilotsuz təyyarələrinə can atırlar” başlıqlı məqalə “İranın pilotsuz təyyarələrinin ixracı üçün mükəmməl bir il oldu” cümləsi ilə başlayıb. Tehran rəhbərliyinin Ukraynaya hücum etmək üçün Rusiyaya minlərlə “Şahid-136” kamikadze pilotsuz uçan aparat göndərdiyini bildirən “Forbes”, iranlı general-mayor Yəhya Rəhim Səfəvinin verdiyi məlumatı yayıb. Müvafiq olaraq, Ermənistan və Serbiya da daxil olmaqla 22 ölkə İrandan silahlı pilotsuz təyyarələr almaq istəyib.

“Forbes” İranın pilotsuz təyyarələrinin Ermənistan və Serbiyaya gəlməsinin həm Qafqaz, həm də Balkanlardakı problemləri şaxələndirəcək strateji nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90