“Zəngəzur dəhlizinin açılmasına mane olan ölkələrdən ən əsası İrandır. Sözsüz ki, rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasına ciddi maneədir” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, bu dəhlizin açılması regionun vəziyyətini dəyişdirə bilər.
” Elə iki gün öncə Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı yaradılmış üştərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib ki, kommunikasiya xətlərinin açılmasına Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi mənfi təsir göstərir. Nə qədər ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmayıb, kommunkasiya xətlərinin açılması çətin görünür. İrəvan hər iki məsələnin həllini ləngidir. Digər amil qeyd etdiyimi kimi, İrandır. İran bu dəhlizi özünün qırmızı xətti sayır. Ancaq bunun da cözüm yolu var. Tezliklə sülh sazişi imzalanarsa Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək amil qalmayacaq.”- deyə Arzuman Muradlı bildirib.