image-2000x150
image-1backend

İran Azərbaycan və Ermənistan arasında sülhə mane olur

image-728x90
İran Azərbaycan və Ermənistan arasında sülhə və sərhədlərin müəyyən edilməsinə mane olur

Paşinyana hərbi və siyasi dəstək verməklə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa çalışan İran hökuməti indi də erməni dini liderlərdən yararlanaraq, buna mane olmağa cəhd göstərir. 

Bununla bağlı İrəvanda səfərdə olan İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur Ermənistanın dini lideri II Qaraginlə görüşüb və onlar Ermənistan və Azərbaycan arasında mövcud vəziyyət haqqında danışıqlar aparıblar. 

II Qaragin İran hökumətinin Ermənistana dəstəyini ermənilərin və erməni cəmiyyətinin mənəvi və mədəni dəyərlərinə “qayğıkeş münasibət” kimi qiymətləndirib. 

Ermənistanın İctimai Radiosunun məlumatına görə, səfər çərçivəsində Məhəmməd Mehdi İmanipur İrəvan Dövlət Universitetinin rektoru Hovhannes Hovhannisyan, İranşünaslıq fakültəsinin professor və tələbələri ilə görüşərək söhbət edib.

Bununla yanaşı, görüşdə Ermənistanın idman, mədəniyyət, elm və təhsil nazirinin müavini Artur Martirosyan, İranın Ermənistandakı səfiri Mehdi Sübhani, İranın bu ölkədəki mədəniyət attaşesi Məhəmməd Əsədi Movəhhed, İrəvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Aleksandr Marqarov, Şərqşünaslıq fakültəsinin müdiri Ruben Melkonyan və İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan iştirak edib. (Gunaz)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90