Çin-Azərbaycan əməkdaşlığı üçün çox möhkəm siyasi platforma qurulmuşdur. 30 il ərzində davam edən siyasi münasibətlər artıq Azərbaycanın yaxşı tərəfdaş və etibarlı dost olduğunu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız vardır. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
İqtisadi əməkdaşlıq əlaqələrimiz durmadan artmaqdadır.
Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir.
Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyi düşünür. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərməkdədir.
Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.
Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilmişdir. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görməkdədir.
Azərbaycan Çinlə əməkdaşlığına yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Bunun səbəbi odur ki, Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur.
Bərpa olunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilmişdir. Son bir neçə ay ərzində 22 qiqavat bərpa olunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanmışdır. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcəkdir.
Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı vardır.
Ölkəmiz həmişə açıq siyasət aparır,hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır.
Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. İki il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisitamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.
Fatimə Talıbzadə Astan
Azərbaycan Dövlət Pedaqoji Universiteti






















