image-rt-reklam
image-jale-22backend

“İntiharlarının əsas səbəbi valideyn məsuliyyətsizliyidir” – Jalə Əhmədova

image-728x90

“Dünən yerli saytların birində Salyan rayonu Qızılağac kəndində 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlunun özünü yaşadığı evdə asdığı barədə xəbəri oxudum və təbii olaraq çox üzüldüm.” –Ulusal.az xəbər verir ki, bunu millət vəkili Jalə Əhmədova bildirib.

Bəs 14-15 yaşlı yeniyetməni intihara sövq edən hansı səbəblər olub ki, ən gözəl yaş dövrünü həyatına son qoymaqla bitirib?

Millət vəkili hesab edir ki, ailədaxili təzyiq, münaqişə, valideynlərin diqqətsizliyi, laqeydsizliyi, psixoloji problemlər və s. müxtəlif səbəblərdən baş verən bu cür intiharlarda valideynlər xüsusi  məsuliyyət daşıyırlar.

“Övladlarına lap kiçik yaşlarından diqqət, qayğı və ən əsası da sevgi ilə əhatə etməli olan valideynlərin bəziləri nədənsə valideynlik vəzifələrini, uşağa görə məsuliyyət daşıdıqlarını unudurlar.  Uşaqlarına zaman ayırıb sevgi, diqqət, qayğı göstərmək əvəzinə biganəlik, hətta deyərdim ki, aqressivlik nümayiş etdirir və yaxud valideyn sevgisini uşağa pal-paltar, oyuncaq və s. almaqla qarşılamağa üstünlük verirlər. Nəticədə uşaq özünə qapanır və uşaqda valideynə qarşı nifrət hissləri belə yaranır. Valideynlər isə övladlarının psixoloji durumunu ya başa düşmür, ya da anlamaq istəmirlər. Sonra isə artıq çox gec olur. Və uşaq valideynlərini cəzalandırmaq  üçün intihara əl atır…Hesab edirəm ki, uşaqların uşaq evlərinə düşməsinin, küçələrdə yaşamasının, intiharlarının əsas səbəbi valideyn məsuliyyətsizliyidir. Valideyn öz məsuliyyətini dərk etsəydi bu kimi hallar baş verməzdi. Valideyn məsuliyyətsizliyi səbəbindən baş verən intiharların qarşısının alınması üçün övladı intihar edən valideynlər birbaşa məsuliyyətə cəlb edilməlidir.” -deyə millət vəkili əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90