Fransız ailələr uşaqlarına zərərli məzmun təqdim etdiyi üçün “TikTok”u məhkəməyə veriblər.
Ulusal.az xəbər verir ki, Fransada 7 ailə övladlarını zərərli məzmun təqdim etməkdə ittiham edərək Çin sosial media platforması olan “TikTok”u məhkəməyə verib.
Fransız ailələri “TikTok”a qarşı iddia qaldıraraq, dünya səviyyəsində təxminən 1,6 milyard istifadəçisi olan platformanın alqoritminin uşaqların özlərinə zərər verə biləcəyi, intihara və qidalanma pozğunluğuna səbəb ola biləcək məzmunlar təqdim etdiyini bildirib.
Təhlükəli məzmunu ilə uşaq və gənclər üçün təhlükə yaratdığı səbəbilə ABŞ və Avropanın müxtəlif yerlərində platformaya qarşı iddia qaldırılıb.
Qeyd edək ki, İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan da daxil olmaqla bəzi ölkələr müxtəlif səbəblərdən “TikTok”-u qadağan etdiyi halda, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr tətbiqin ictimai kompüter və cihazlarda istifadəsini qadağan edib.