Türkiyənin BRİKS dövlətlərarası assosiasiyasına daxil olması inqilabi hadisə olacaq, çünki ölkə NATO-nun “zəncirlərini qıracaq”.
Ulusal.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu deyib .
“34 ölkə BRİKS-ə qoşulmaq üçün müraciət edib, bu, inanılmazdır. Türkiyənin müraciətini xüsusi qeyd etmək lazımdır, çünki onun assosiasiyaya qəbulu Şimali Atlantika Alyansına daxil olan ölkənin NATO zəncirini qırması mənasında inqilabi hadisə olacaq”, – deyə siyasətçi qeyd edib.
Topkurulunun sözlərinə görə, BRİKS dünya səhnəsində “yeni güc qütbü”nə çevrilib və bu, digər ölkələr üçün siyasi cəlbediciliyini sürətlə artırır.publika.az