Prezident İlham Əliyev avqust tarixində Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirak edib. Bu görüşə Prezident fəxri qonaq kimi dəvət olunmuşdur.Qazaxıstanda baş tutan yığıncağa Prezident İlham Əliyevin də dəvət olunması, əslində, ölkəmizin artan nüfuzunun göstəricisidir. Bu göstərici yalnız region ölkələrində deyil, eləcə də dünyanın bir çöx ölkələrində Azərbaycan öz sözünü deyə bilən, öz gücünü göstərə bilən ölkədir.
Prezident İlham Əliyev görüş zamanı bir çox məsələləri diqqətə çatdırmış gələcək planları, əməkdaşlıqları, perspektivli fəaliyyətlər barəsində açıqlama vermişdir.
İlk olaraq, Prezident çıxışı zamanı fəxri qonaq qismində dəvət edildiyi üçün Qazaxıstan prezidentinə öz təşəkkürünü bildirdi. Təbii ki, bu da Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyədə olan əməkdaşlıqların, dostluq, qardaşlıq əlaqələrin göstəricisidir. Əlbəttə ki, bu əlaqələr qarşılıqlı şəkildə həyata keçirilir.
Belə ki, Prezidntin də dediyi kimi, “Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”. Bəli, məlum olduğu kimi ölkələrimiz arasındakı əlaqələr sadəcə strateji əməkdaşlıqlar deyil, xalqlarımızın qədim tarixi, oxşar mədəniyyətə, dillərə sahib olması, ortaq tarixi hadisələri yaşamaları onların birləşməsinin, yaxınlaşmasının göstəricisidir.
Prezident İlham Əliyev çıxışı zamanı Qarabağın işğalı zamanı məhv edilmiş infrastrukturun bərpasında qardaş ölkələrin təmənnasız köməklərini diqqətə çatdırmışdır. Belə ki, Prezident bildirdiyi kimi, “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.
Prezident əməkdaşlıq sahəsində mövzuları da diqqətə çatdırmışdır; “ Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.
Beləliklə hərb sahəsində əməkdaşlıq xüsusilə vacibdir. Və ən əsas məsələ bu sahədə güclərin birləşdirilməsi, təhlükəsizlik sahəsində daha güclü addımların atılması, bunun üçün fəaliyyətlərin daimi şəkildə həyata keçirilməsidir.
Prezidentlərin görüşü çərçivəsində günümüzdə mühüm əhəmiyyət kəsb edən enerji sahəsində də danışıqlar aparılmış bu istiqamətdə yeni layihələrin tətbiqi, ölkələrin nerji təhlükəsiziliyinin daimi olaraq təmin edilməsi vacib məsələdir.
Prezident İlham Əliyev: “Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır”.
Ölkələrimiz arasındakı əməkdaşlıq sahəsində digər mühüm bir məqam da nəqliyyat- tranzit sahəsindəki əlaqələrdir. Burada prioritet məsələ bu sahədə olan əməkdaşlığı daha yüksək və təhlükəsiz səviyyət çatdırmaqdır. Prezident İlham Əliyev bu istiqamətdə olan əməkdaşlıqda bir neçə mühüm məsələni qeyd etmişdir: “ Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır ”.
Prezident İlham Əliyev Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri barədə də məlumatlar vermiş və bu sahədə əməkdaşlığın əhəmiyyətini bir daha vurğulamışdır.
Bildiyimiz kimi bir müddət sonra ölkəmizdə iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir. Bu tədbir ölkəmiz və dünyamız üçün mühüm tədbirdir. Hər bir ölkənin burada iştirak edərək, mühüm tədbirə töhfə verməyi əhəmiyyətlidir. Elə buna görə də, Prezident görüşdə COP29-un vacibliyini diqqətə çatdırmış və növbəti görüşün bu tədbirdə baş tutmasını şad olacağını bildirmişdir.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru