image-rt-reklam
image-1backend

İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat

image-728x90

Böyük Britaniya hökumətinin xarici siyasəti ölkənin BMT-dəki mövqeyini zəiflədir və bununla da Çin və Rusiyaya hədiyyə verir.

Ulusal.az xəbər verir ki, bu barədə “Daily Express” tabloidi Partiyalararası Xarici Əlaqələr Komitəsinin hesabatına istinadən yazır.

Müəllif qeyd edir: “Ser Ker Starmer hökumətinə xəbərdarlıq edilib ki, Britaniya ölkənin Birləşmiş Millətlər Təşkilatında təsirini zəiflətməklə “Çin və Rusiyaya hədiyyə” verir”.

Nəşr bildirir ki, Britaniya qanunvericiləri Starmer hökumətinin Xarici İşlər Nazirliyinin büdcəsini azaltmaq qərarından narahatdırlar. Parlamentarilərin fikrincə, bu, Çin və Rusiyaya güzəşt deməkdir. Qanunvericilər BMT məkanlarında aparılan müzakirələrin vacibliyini vurğulayırlar. Onlar hesab edirlər ki, bu, Britaniyanın maraqlarını müdafiə və inkişaf etdirmək imkanı verir.Publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90