“Arsenal” “Atletik”in və İspaniya millisinin hücumçusu Niko Uilyamsın transferində maraqlıdır.
“Topçular” keçidin reallaşmasını təmin etmək üçün 60 milyon avroluq sərbəstqalma məbləğindən daha çox pul ödəməyə hazırdır. Bu da onlara bütöv məbləği birdən ödəmək əvəzinə ödənişləri bölməyə imkan verir.
“Daily Telegraph”ın iddiasına görə, Uilyamsın hazırkı müqaviləsi ona vergilərsiz həftədə 100.000 funt-sterlinqdən çox qazandırır. Niko “Arsenal”da daha çox – həftədə ən azı 250.000 funt-sterlinq qazana bilər.
Qeyd edək ki, Kay Haverts hazırda həftədə 280.000 funt sterlinqlə “Arsenal”ın ən çox qazanan oyunçusudur. İspaniya millisinin üzvünün məbləği ötmək imkanı var.