Azərbaycan Ermənistanın Laçın sərhəd keçid məntəqəsinə yığdığı “humanitar” yüklü maşınları Qarabağa buraxacaqmı? Artıq bir neçə gündür ki, bu məsələ ciddi müzakirə olunur. Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib ki, ermənilərin siyasi şou nümayiş etdirdiklərini Qərbdə də başa düşürlər.
“Artıq bütün dünya bilir ki, ermənilər siyasi şou nümayiş etdirir. Çünki beynəlxalq ictimaiyyətin gözləri önündə bu yoldan maşınlar keçir və heç bir problem yaranmır. Elə dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bu məsələ müzakirə olundu. Blinkenin İlham Əliyevlə danışığından da aydın görünür ki, ABŞ rəsmən Azərbaycanı dəstəkləyir.
– Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir . Qarabağdan Ermənistanın silahlı qüvvələri , dünyanın müxtəlif yerlərindən Qarabağa gətirilmiş erməni terrorçuları və xaricdən gəlmiş diğər muzdlular ya özləri çıxacaq, ya da tezliklə Azərbaycan anti-terror əməliyyatı ilə bu məsələyə nöqtə qoyacaq. İndi seçim rəsmi İrəvanındır…” -deyə Arzuman Muradlı bildirib.






















