image-rt-reklam
image-1backend

İmran Xana görə ölkədən QOVULDU

image-728x90

Pakistan hakimiyyəti həbsdə olan keçmiş baş nazir İmran Xandan müsahibə almağa cəhd etdiyi üçün britaniyalı jurnalist, yazıçı və teleaparıcı Çarlz Qlassı ölkədən qovub.

Ulusal.az  xəbər verir ki, bu barədə “The News International” qəzeti yazıb.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları Qlassın turist vizasını ləğv edib və ondan beş saat ərzində İslam Respublikasını tərk etməyi tələb edib.

Bu, jurnalistin siyasətçinin saxlandığı Adiala həbsxanasının rəhbərliyindən Xanla görüşmək üçün icazə almağa çalışmasından sonra baş verib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 14 il həbs cəzasına məhkum edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90