Baxımsızlıqdan sinif otaqları bərbad vəziyyətə düşünb. Otaqların qapısı və pəncərəsi yararsız haldadır. Döşəmə və tavan çürüyüb.Məktəbin fasadı ovulub tökülür.
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi İmamverdi Əliyevin adına olan məktəbin bu durumda olması Qulubəyli kəndinin sakinlərini də narahat edir.
Kənd sakinləri “Sitat.info”ya bildiriblər ki, məktəbin bu vəziyyətindən İmişli Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri xəbərdardır.
Buna baxmayaraq, aidiyyatı qurumlar maraqlanmır.
Sitat.info videonu təqdim edir:Sitat.info